Liviyada gərginlik - Ölənlər var

23:15 - 14 May 2025

Liviyada gərginlik - Ölənlər var

Liviyanın paytaxtı Tripoli şəhərində baş verən silahlı toqquşmalar nəticəsində azı 6 nəfər ölüb, 70-ə yaxın adam yaralanıb.


Manset.az-ın Libya Press agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Tripolinin Səhiyyə Departamentinin nümayəndəsi Məhəmməd Əbdül Vəhab bildirib.

Onun sözlərinə görə, ölənlər arasında beş döyüşçü və bir mülki şəxs - əcnəbi olub. Əcnəbi Tripoli küçəsində atəşə tutulan Misir vətəndaşıdır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv