Rusiya hərbçiləri mayın 15-nə keçən gecə 110 hücum pilotsuz uçan aparatı və dron simulyatorlarından istifadə etməklə Ukraynaya hücum edib.
Manset.az-ın əldə etdiyi məlumata görə, 62 pilotsuz təyyarə vurulub, 29-u isə hədəfinə çatmadan yerə düşüb.
Dronlar Rusiyanın Bryansk, Kursk, Oryol və Millerovo şəhərləri istiqamətindən hücuma keçib.
Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin məlumatına görə, İvano-Frankovsk vilayətində Rusiyaya məxsus pilotsuz təyyarənin hücumu nəticəsində regiondakı obyektlərdən birində yanğın baş verib.
Xilasedicilər yanğını söndürüblər. Heç kim xəsarət almayıb.