Çin Xarici İşlər Nazirliyi Braziliya, Argentina, Çili, Peru və Uruqvay vətəndaşlarının 30 günə qədər Çinə vizasız daxil olmasına icazə veriləcəyini açıqlayıb.
Manset.az-ın əldə etdiyi məlumata görə, Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Jian bildirib ki, Braziliya, Argentina , Çili, Peru və Uruqvay vətəndaşları 30 gündən çox olmamaq şərti ilə iş, turizm, ailə səfərləri və adi pasportlarla tranzit səyahətləri üçün vizadan azad oluna bilərlər.
Yeni qanun 1 iyun 2025-ci ildə qüvvəyə minəcək. 31 may 2026-cı il tarixinədək qüvvədə olacaq.