İstanbuldakı sülh danışıqları ilə bağlı ilk açıqlamanı Rusiya prezidenti Vladimir Putinin müşaviri Vladimir Medinski verib.
Manset.az xəbər verir ki, bu barədə türk mediası məlumat yayıb.
"Prezidentimizin göstərişi ilə söz verdiyimiz kimi, bu gün İstanbula gəldik.
Biz ciddi işə hazırıq. Putinin təklif etdiyi birbaşa danışıqların məqsədi münaqişənin əsas səbəblərini aradan qaldırmaq və uzunmüddətli və davamlı sülhə nail olmaqdır".