Türkiyənin Kayseri bölgəsində tələbə avtobusu aşıb.
Manset.az türk mediasına istinadən xəbər verir ki, qəza nəticəsində 15 şagird xəsarət alıb.
Hadisə yerinə çoxlu sayda təcili yardım və jandarma qrupları sövq edilib.
Şagirdlərin sağlamlıq durumlarının yaxşı olduğu öyrənilib.
Qəza ilə bağlı araşdırmalara başlanılıb.