Rusiya İstanbulda danışıqlar prosesinin bərpasına və mümkün kompromislərə hazırdır.
Manset.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski bildirib.
Rusiya Federasiyası Prezidentinin köməkçisi qeyd edib ki, Rusiya nümayəndə heyətində bütün maraqlı qurumların nümayəndələri və rəhbər heyəti təmsil olunur.
O, danışıqların nə vaxt başlayacağı sualını cavabsız qoyub.