Albaniyada səfərdə olan Ermənistanın baş naziri Nikol Paşinyan “Avropa Siyasi Birliyi”nin 6-cı Zirvə toplantısı çərçivəsində bu ölkənin baş naziri Edi Rama ilə görüş keçirib.
Manset.az xəbər verir ki, tərəflər regionda baş verən hadisələrlə bağlı fikir mübadiləsi aparıblar. Görüş zamanı əsas diqqət Azərbaycan-Ermənistan münasibətlərinə yönəlib.
Liderlər iki ölkə arasında sülh danışıqlarının davam etdirilməsinin və yekunda sülh sazişinin imzalanmasının Cənubi Qafqazda sabitlik və uzunmüddətli təhlükəsizlik baxımından vacib olduğunu bildiriblər.