ABŞ prezidenti Donald Tramp, İsrailin Qəzzaya davam edən hücumları ilə bağlı açıqlama verib.
Manset.az Haber Global-a istinadən xəbər verir ki, Tramp qarşıdakı ayda Qəzza üçün çox yaxşı şeylər baş verəcəyini deyib.
"Qarşıdakı ayda Qəzza üçün çox yaxşı şeylər baş verəcək. Qəzzada aclıq çəkən fələstinlilərə kömək etməliyik."
Tramp, həmçinin Suriyanın vəziyyəti barədə danışaraq bildirib:
"Biz Suriyanın uğurlu olmasını istəyirik. Əgər sanksiyalar davam etsəydi, Suriyanın uğur şansı sıfır olardı."