Aİ bu ölkəyə 56 milyon yardım ayırdı

16:31 - 16 May 2025

Aİ bu ölkəyə 56 milyon yardım ayırdı

Avropa İttifaqı (Aİ) Qərbi Afrika ölkəsi Liberiya ilə tərəfdaşlığını gücləndirmək üçün 56 milyon avro maliyyə dəstəyi verəcək.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, Liberiyanın Maliyyə və İnkişaf Planlaşdırma Naziri Augustine Kpehe Ngafuan və Aİ Liberiya rəsmiləri Aİ-dən 56 milyon avro qrant dəstəyi verəcək saziş imzalayıblar.

Sazişin imzalanmasından sonra danışan nazir Nqafuan Aİ-nin verdiyi 56 milyon avroluq dəstəyin “hökumətin islahat gündəliyinə etimad səsi” olduğunu bildirib.

Müqaviləyə əsasən, Aİ üç il ərzində Liberiyaya 56 milyon avro qrant verəcək.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv