"Everest"ə qalxdı - Geriyə döna bilmədi

16:46 - 16 May 2025

\"Everest\"ə qalxdı - Geriyə döna bilmədi

Dünyanın ən yüksək zirvəsi olan Everestdə daha bir ölüm hadisəsi baş verib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, Hindistan vətəndaşı Subrata Qoş zirvəyə qalxdıqdan sonra eniş zamanı dünyasını dəyişib.

45 yaşlı alpinistin meyiti Hillari pilləsinin altında tapılıb.

Qeyd olunur ki, Qoş eniş zamanı özünü pis hiss edib, yorğunluqhündürlük xəstəliyinin əlamətləri özünü göstərib. Onunla birgə olan bələdçi Palçen Tamang deyib ki, Qoş enərkən “hərəkət etməkdən imtina etdi”.

Hazırda alpinistin cəsədinin baza düşərgəsinə gətirilməsi üçün xilasetmə işləri aparılır.

Bu, cari mövsüm Everestdə qeydə alınan ikinci ölüm hadisəsidir. Bir müddət əvvəl Filippinli alpinist Filip Santyaqo da 7900 metr yüksəklikdə, 4-cü düşərgədə həyatını itirib. Onun ölümünə də həddindən artıq yorğunluq səbəb olub. Santyaqonun meyiti pis hava və çətin şərait səbəbilə hələ də həmin ərazidə qalır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv