Dünyanın ən dəyərli 100 markası bəlli oldu

17:32 - 16 May 2025

Dünyanın ən dəyərli 100 markası bəlli oldu

Kantar BrandZ, 2025-ci ilə dair dünyanın ən dəyərli 100 markasının siyahısını açıqlayıb. Siyahının ümumi dəyəri 10,7 trilyon dollara çataraq ötən illə müqayisədə 29% artım göstərib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ mənşəli markalar isə siyahının 82%-ni təşkil edərək qlobal üstünlüyünü bu il də davam etdirib.

Siyahının zirvəsində son dörd ildə olduğu kimi bu dəfə də Apple qərarlaşıb. 1,3 trilyon dollarlıq marka dəyəri ilə liderliyini qoruyan texnologiya nəhəngi, illik 28%-lik böyümə əldə edib. İkinci yerdə Google (944 milyard dollar, +25%), üçüncü yerdə isə Microsoft (884 milyard dollar, +24%) yer alıb.

Dördüncü pillədə Amazon, 866 milyard dollarlıq marka dəyəri və 50%-lik artımla yüksəlişini sürdürüb.

Lakin ən böyük sıçrayış Nvidia-dan gəlib. 509 milyard dollarlıq marka dəyəri ilə beşinci sıraya yüksələn şirkət, illik 152%-lik artımla rekorda imza atıb. Nvidia-nın süni intellekt sahəsindəki liderliyi və qlobal investor marağı bu nailiyyətdə əsas rol oynayıb.

Altıncı sıradakı Facebook (Meta) isə 80% böyüyərək 300 milyard dolları keçib. Meta-nın tərkibində olan Instagram da 101%-lik artımla 228 milyard dollarlıq marka dəyərinə çatıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv