İsrail ordusunun hücumlarını intensivləşdirdiyi Qəzza zolağında insan tələfatı artmaqda davam edir.
Manset.az-ın əldə etdiyi məlumata görə, bu barədə Fələstin Səhiyyə Nazirliyi açıqlama yayıb.
Nazirlikdən bildirilib ki, son 24 saatda 108 nəfər həlak olub, 216 nəfər yaralanıb.
Nazirlik bildirir ki, 7 oktybr 2023-cü ildən bu yana Qəzzada ümumilikdə 53 min 119 nəfər həyatını itirib, yaralananların sayı isə 120 min 214 nəfərə çatıb.