Qəzza zolağından radikal qruplaşmalar İsrail ərazisinə iki raket atıblar.
Manset.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun mətbuat xidməti məlumat yayıb.
“Qəzza zolağından atılan iki raket İsrail ərazisinə düşüb. Onlardan biri havada zərərsizləşdirilib, digəri isə məskunlaşmamış ərazidə yerə düşüb,” – deyə məlumatda bildirilir.