Co Baydenə xərçəng diaqnozu qoyuldu

10:57 - 19 May 2025

 Co Baydenə xərçəng diaqnozu qoyuldu

ABŞ-nin keçmiş prezidenti Co Baydenə prostat xərçəngi diaqnozu qoyulub.


Manset.az xəbər verir ki, bu barədə "NBC News" məlumat yayıb.

Məlumata görə, keçən həftə Co Bayden sidik ifrazında müşahidə olunan problemlərlə əlaqədar müayinədən keçib və nəticədə prostat vəzi düyünləri aşkarlanıb.

Prezident ofisinin yaydığı açıqlamada qeyd olunur ki, xəstəlik daha aqressiv forma daşısa da, xərçəng hüceyrələrinin hormonlara qarşı həssas olması müalicə prosesinin effektivliyinə ümid yaradır.

“Prezident və ailəsi hazırda həkim heyəti ilə birgə müalicə variantlarını müzakirə edirlər”, – deyə məlumatda bildirilir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv