Yunanıstanın Euboea adasında bir-birinin ardınca baş verən zəlzələlər nəticəsində bəzi yaşayış məntəqələrində məktəblərin fəaliyyətinin müvəqqəti dayandırılmasına qərar verilib.
Manset.az xəbər verir ki, bu barədə dövlət televiziyası "ERT" məlumat yayıb.
Məlumatına görə, dünən səhər saatlarından etibarən adada ən güclüsü 4,4 bal olmaqla 10-dan çox zəlzələ qeydə alınıb. Təbii fəlakət nəticəsində 20 evdə və bir sıra digər tikililərdə çatlar əmələ gəlib.
Bələdiyyə tərəfindən yayılan açıqlamada bildirilib ki, dəymiş ziyanın qiymətləndirilməsi məqsədilə bəzi qəsəbələrdə ibtidai və orta məktəblər müvəqqəti bağlanacaq.