Türkiyənin Diyarbəkir bölgəsində dəhşətli hadisə baş verib.
Manset.az türk mediasına istinadən xəbər verir ki, Erəni məhəlləsində yük maşını ilə birlikdə yandırılmış vəziyyətdə ata və oğulun meyiti aşkarlanıb.
Hadisə bu gün səhər saatlarında qeydə alınıb.
Alınan məlumata görə, Remzi Sati (50) və onun 15 yaşlı oğlu Muhammed Sati pikap avtomobili ilə birlikdə yanmış halda tapılıb. Məlumat əsasında hadisə yerinə jandarma və təcili tibbi yardım qrupları cəlb olunub.
Cəsədlər müayinə üçün Ədliyyə Tibb İnstitutuna aparılıb. Hadisənin səbəbi ilə bağlı araşdırmalar jandarma tərəfindən davam etdirilir.