İtalyan boks əfsanəsi vəfat etdi

19:47 - 20 May 2025

İtalyan boks əfsanəsi vəfat etdi

İtalyan boks əfsanəsi Nino Benvenuti 87 yaşında vəfat etdi.


Manset.az xəbər verir ki, İtalyan boksunun idman dünyasının əfsanəvi simalarından biri sayılan Nino Benvenuti 87 yaşında, Roma şəhərində dünyasını dəyişib.

Benvenutinin bir müddətdir xəstə olduğu səhhətində ciddi problemlər yaşadığı bildirilir.

O, 1960-ildə Romada keçirilən Yay Olimpiya Oyunlarında qızıl medal qazanmışdı. Həmin vaxt o, velter çəki dərəcəsində Olimpiya çempionu olmuş bundan əvvəl iki dəfə Avropa həvəskar boks çempionu tituluna sahib çıxmışdı.

Nino Benvenuti 26 aprel 1938-ci ildə İstriyada, sürgündə olan bir ailənin övladı olaraq dünyaya gəlib. O, peşəkar karyerası ərzində bir sıra mötəbər titullara yiyələnib: 1965–1966-illərdə super velter çəki üzrə dünya çempionu, 1965–1967-ci illərdə Avropa orta çəki çempionu 1967–1970-ci illərdə orta çəki üzrə dünya çempionu olub.

Benvenuti 1968-ci ildə "İlin Boksçusu" adına layiq görülüb bu nüfuzlu mükafatı qazanan yeganə italyan boksçu olaraq tarixə düşüb. O, həm super velter, həm orta çəki dərəcəsində dünya çempionu olan yeganə italyan kimi tanınır.

1992-ci ildə isə Nino Benvenuti Duilio Loi ilə birlikdə Beynəlxalq Boks Şöhrət Zalına daxil edilib bütün dövrlərin ən güclü boksçularından biri kimi qəbul olunub. Bundan əlavə, o, amerikalı əfsanələr – Rocky Marciano Joe DiMaggio ilə birlikdə İtalyan-Amerikalı İdmançılar Şöhrət Zalında yer alaraq dünya miqyasında İtalyan-Amerikan idmanının simvoluna çevrilib.

Benvenuti həmçinin peşəkar rinqdə üç böyük rəqabətin əsas iştirakçısı olub. O, İtaliyada Sandro Mazzinghi ilə, beynəlxalq arenada isə Emil Griffith Carlos Monzonla yadda qalan döyüşlərə imza atıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv