ABŞ Xaçatryanı azad etmək istəmədi

23:54 - 20 May 2025

ABŞ Xaçatryanı azad etmək istəmədi

ABŞ vətəndaşı, erməniəsilli Andre Xaçatryan Amerika tərəfindən Rusiya ilə məhbus mübadiləsi üçün təqdim olunan siyahıya daxil edilməyib.

 

Manset.az Modern.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov ABŞ Prezidenti Donald Trampla Rusiya Prezidenti Vladimir Putin arasında baş tutmuş telefon danışığından sonra məlumat verib.

O bildirib ki, prezidentlər “9-un 9-a” formatında mümkün məhbus mübadiləsi ilə bağlı razılığa gəlib.

Rusiya mediasının “Reuters” agentliyinə istinadla yaydığı məlumata görə, ABŞ tərəfi Rusiyada həbsdə olan və geri qaytarılmasını istədiyi doqquz vətəndaşının siyahısını Moskvaya təqdim edib. Siyahıda aşağıdakı şəxslərin adları yer alıb: Stiven Ceyms Habbard, Robert Gilman, Qordon Blek, Deniel Cozef Şnayder, Cozef Teyter, Maykl Trevis Lik, Robert Romanov Vudland, Yucin Spektor və Devid Barns.

Amerikalı məhbus Andre Xaçatryan bu siyahıya salınmayıb. O, 2021-ci ilin dekabrında ABŞ-dan Ermənistana tranzit uçuş zamanı Moskvanın Şeremetyevo hava limanında saxlanılıb. Onun baqajında patronlarla birlikdə “Glock 17” markalı tapança aşkar olunub. Xaçatryan 2023-cü ildə silah qaçaqmalçılığı ittihamı ilə 8,5 il müddətinə azadlıqdan məhrum edilib. 

Mediada yer alan məlumatlara görə, onun siyahıda olmamasının mümkün səbəbi ABŞ Dövlət Departamentinin Andre Xaçatryanı “qanunsuz saxlanılan şəxs” kimi tanımamasıdır. Bu isə o deməkdir ki, onun işi üzrə ABŞ-ın rəsmi olaraq girov və ya haqsız yerə həbs edilən şəxslər üçün nəzərdə tutduğu xüsusi diplomatik mexanizmlər tətbiq olunmur.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv