Kolumbiyanın mərkəzində 6,8 maqnitudada zəlzələ qeydə alınıb.
Manset.az xəbər verir ki, yeraltı təkanlar Bakı vaxtı ilə saat 17:08-də qeydə alınıb.
Zəlzələnin episentri Villavitensio şəhərindən 73 kilometr şimal-şərqdə, ocağı 10 km dərinlikdə yerləşib.
Zəlzələ episentrdəki intensivliyə əsasən “dağıdıcı” kimi qiymətləndirilir.
ABŞ-nin Geoloji Xidməti zəlzələnin maqnitudasını 6,3 bal qiymətləndirib.