İsfahan əyalətinin Nətənz şəhərinin Xalidabad bölgəsində yerləşən polad zavodunda partlayış olub.
Manset.az xəbər verir ki. bu barədə "Azad İran" məlumat yayıb.
Bildirilib ki, hadisəyə səbəb qaz sızmasıdır.
Nətənz Fövqəladə Hallar Xidməti rəhbərinin açıqlamasına görə, insident zamanı 1 nəfər ölüb, 7 nəfər isə yaralanıb.
Hadisə ilə bağlı araşdırma aparılır.