Amazon süni intellektə 20 milyard dollar sərmayə qoyacaq

11:13 - 10 İyun 2025

Amazon süni intellektə 20 milyard dollar sərmayə qoyacaq

ABŞ-nin texnologiya nəhəngi Amazon Pensilvaniya ştatında süni intellekt və bulud hesablama infrastrukturunu genişləndirmək üçün 20 milyard dollar sərmayə yatırmağı planlaşdırır.


Manset.az xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.

Şirkətin yaydığı açıqlamada bildirilib ki, bu investisiya çərçivəsində bir neçə innovasiya şəhərciyinin yaradılması və 1250 yeni iş yerinin açılması nəzərdə tutulur. Layihə həmçinin yerli icmalarda işçi qüvvəsinin inkişafını dəstəkləyəcək təlim proqramlarını da əhatə edəcək.

Amazonun məlumatına görə, şirkət 2010-cu ildən bəri Pensilvaniyaya 26 milyard dollar sərmayə qoyub və bu müddət ərzində 27 min iş yerinin yaradılmasına birbaşa töhfə verib.

Qeyd edək ki, ötən həftə Amazon Şimali Karolina ştatında da oxşar məqsədlə — bulud texnologiyaları və süni intellekt infrastrukturu sahəsində — 10 milyard dollarlıq sərmayə planlarını elan edib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv