Sərnişinlərin olduğu təyyarə dənizə düşdü

23:54 - 10 İyun 2025

Sərnişinlərin olduğu təyyarə dənizə düşdü

ABŞ-nin Kaliforniya ştatının San Dieqo şəhərində kiçik mühərrikli təyyarə dənizə düşüb.


Manset.az Metbuat.az-a istinadən xəbər verir ki, hadisə Point Loma sahillərində baş verib. ABŞ mətbuatında yer alan xəbərlərə görə, təyyarədə pilot, pilotun həyat yoldaşı, ata və üç oğlu da daxil olmaqla 6 nəfər olub. ABŞ-nin Sahil Mühafizəsinin məlumatına görə, təyyarənin dənizə düşdüyü ərazi müəyyən edilib. Ərazidəki dənizin dərinliyinin 61 metr olduğu bildirib. Məlumata görə, pilot havaya qalxdıqdan sonra istiqamətini və hündürlüyünü saxlamaqda çətinlik çəkdiyini bildirib.

San Dieqo beynəlxalq hava limanından havaya qalxan təyyarə Arizona ştatının Feniks şəhərinə uçurmuş. Xəbərdə təyyarənin havaya qalxdıqdan 6 dəqiqə sonra dənizə düşdüyü qeyd edilib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv