İstanbulun Böyükçəkməcə sahillərində 3.5 bal gücündə zəlzələ baş verib.
Manset.az xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.
Məlumata görə, yeraltı təkanlar bu gün yerli vaxtla saat 02:33 radələrində qeydə alınıb.
Zəlzələnin ocağı yerin 8.36 kilometr dərinliyində, Marmara dənizinin açıq hissəsində yerləşib.
Hazırda hər hansı dağıntı və ya xəsarət barədə məlumat verilməyib.