Netanyahu vasitəçilik üçün ABŞ-yə müraciət etdi - İDDİA

08:41 - 12 İyun 2025

Netanyahu vasitəçilik üçün ABŞ-yə müraciət etdi - İDDİA

İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampın administrasiyasından Suriyanın yeni rəhbərliyi ilə İsrail arasında vasitəçilik etməsini istəyib.


Manset.az-ın əldə etdiyi məlumata görə, bu barədə Amerika mətbuatı məlumat yayıb. 

İddialara əsasən, Netanyahu bu müraciətini keçən həftə Trampın Suriya üzrə nümayəndəsi və Türkiyə səfiri Tom Barakın İsrailə səfəri zamanı irəli sürüb.

Məlumata görə, İsrail hökumət başçısı Baraka bildirib ki, o, Suriya ilə yeni təhlükəsizlik sazişinin müzakirəsini sülh razılaşmasına doğru atılan addım kimi görür.

Xəbərdə adı açıqlanmayan yüksək rütbəli israilli məmur "Suriya ilə münasibətləri mümkün qədər tez normallaşdırmaq istəyirik" deyə bildirib. İki israilli rəsmi isə qeyd edib ki, Tel-Əviv əvvəlcə Suriyanın yeni hökuməti ilə dolayı əlaqə qurub, daha sonra isə üçüncü ölkələrdə gizli və birbaşa danışıqlara başlayıb.

Məlumatda o da qeyd olunub ki, İsrail rəsmiləri Baraka Suriyadakı “qırmızı xətlər” barədə məlumat veriblər. Bu xətlər arasında İran və Hizbullahın Suriyada mövcudluğu, həmçinin ölkənin cənub bölgəsinin demilitarizasiyası xüsusi olaraq vurğulanıb. İsrail tərəfi, həmçinin, bölgədə atəşkəsə nəzarət edəcək BMT qüvvələrinə ABŞ əsgərlərinin daxil olmasını istəyib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv