PUA-larla genişmiqyaslı əməliyyat - 100 dəstə üzvü öldürüldü

10:31 - 12 İyun 2025

PUA-larla genişmiqyaslı əməliyyat - 100 dəstə üzvü öldürüldü

Haitidə polis qüvvələrinin pilotsuz uçuş aparatları (PUA) vasitəsilə keçirdiyi antiterror əməliyyatı nəticəsində 100-dən çox dəstə üzvü zərərsizləşdirilib.


Manset.az-ın əldə etdiyi məlumata görə, əməliyyatlar 48 saat ərzində paytaxt Port-o-Prinsin müxtəlif yerlərində həyata keçirilib.

Bildirilir ki, polisin hədəfi silahlı dəstələrin nəzarətində olan ərazilər olub.

PUA-ların dəstə üzvlərinin toplaşdığı məntəqələrə endirdiyi zərbələr nəticəsində azı 100 nəfər öldürülüb, çox sayda yaralı var.

Hadisə ilə bağlı hələlik rəsmi qurumlardan açıqlama verilməsə də, Milli İnsan Hüquqlarını Müdafiə Şəbəkəsi (RNDDH) əməliyyat faktını təsdiqləyib.

Hazırda təhlükəsizlik qüvvələrinin bir sıra strateji nöqtələrdə əməliyyatlarını davam etdirdiyi bildirilir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv