240-dan çox sərnişinin öldüyü qəzadan 1 nəfər sağ çıxdı 

18:53 - 12 İyun 2025

240-dan çox sərnişinin öldüyü qəzadan 1 nəfər sağ çıxdı 

Hindistanın qərbində qəzaya uğrayan “Air India” aviaşirkətinə məxsus “Boeing 787” təyyarəsinin bir sərnişini sağ qalıb.


Manset.az xəbər verir ki, bu haqda “ANI” portalı polisə istinadən məlumat yayıb.

“Polis 11A ünvanında bir sağ qalanı tapıb”, - deyə hüquq-mühafizə orqanı rəsmisi bildirib. O, xəstəxanaya aparılıb.

“Hələlik ölənlərin sayı ilə bağlı heç nə demək mümkün deyil. Təyyarə yaşayış massivində qəzaya uğradığı üçün bu, arta bilər”, - polis əlavə edib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv