Hindistanın Əhmədabad hava limanı yaxınlığında "Air India" sərnişin təyyarəsinin qəzaya uğramasına səbəb quş sürüsü ilə toqquşma ola bilər.
Manset.az xəbər verir ki, bu barədə məlumat NDTV telekanalında yer alıb.
Ekspertlər telekanala bildiriblər ki, quşlarla toqquşma təyyarənin uçuş sürətini azalda bilərdi. Həmçinin qeyd edilir ki, qəzaya uğramış "Boeing 787-8 Dreamliner" təyyarəsi 11 ildən çoxdur istismardadır.
Telekanalın məlumatına görə, baş vermiş faciə 2011-ci ildə kommersiya uçuşlarına başlayan "Boeing 787-8 Dreamliner" təyyarəsinin ilk qəzasıdır.