Hindistanın qərbində "Air India" aviaşirkətinə məxsus "Boeing 787-8 Dreamliner" sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində 310-dan çox insan həlak olub.
Manset.az xəbər verir ki, bu barədə məlumat "New Indian Express" qəzetində yer alıb.
Nəşrin məlumatına görə, polis qəzaya uğrayan təyyarənin göyərtəsində 240-dan çox insanın öldüyünü təsdiqləyib.
Daha 75 nəfər təyyarənin düşdüyü yerdə ölüb.