Türkiyənin Bingöl vilayətinin Karlıova rayonunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində 3 nəfər ağır yaralanıb.
Manset.az-ın əldə etdiyi məlumata görə, hadisə Bingöl–Ərzurum avtomobil yolunun Dörtyol kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. MA (45) idarə etdiyi 34 FVR 134 dövlət nömrə nişanlı sərnişin avtobusu körpünün orta zolağına çırpılaraq aşıb.
Hadisə yerinə 112 Təcili Tibbi Yardım, UMKE (Milli Tibbi Müdaxilə Qrupu), jandarma və xilasetmə qrupları cəlb olunub.
Qəza zamanı sürücü MA ilə yanaşı, sərnişinlərdən HA (27) və MS (22) ağır yaralanıblar. Yaralılardan sürücü təcili yardım helikopteri ilə Malatya Təhsil və Araşdırma Xəstəxanasına, digəri isə təcili tibbi yardım maşını ilə Ərzurum Şəhər Xəstəxanasına çatdırılıb.
Hadisə ilə bağlı araşdırma aparılır.