İran Prezidenti xalqa müraciət etdi - YENİLƏNİB

14:56 - 13 İyun 2025

İran Prezidenti xalqa müraciət etdi - YENİLƏNİB

İran Prezidenti Məsud Pezeşkian xalqa müraciətində İranın cavabının İsraili peşman edəcəyini vurğulayıb.


Manset.az xəbər verir ki, bu barədə “Tasnim” xəbər agentliyi məlumat yayıb.

“Bütün beynəlxalq öhdəliklərə zidd olan bu hücum İsrailin cinayətkar təbiətini təsdiqləyir. Əlbəttə, İran xalqı və ölkə rəhbərliyi bu cinayətə qarşı susacaq deyil və İranın qanuni və güclü cavabı düşməni axmaq hərəkətinə peşman edəcək”, - deyə İran Prezidenti əlavə edib.

***

13:44

İran Prezidenti Məsud Pezeşkian xalqa müraciət edəcək.

Manset.az xəbər verir ki, o, bu barədə sosial mediada paylaşım edib.

Bildirilib ki, İsrailin İrana zərbələrindən sonra Nazirlər Kabinetinin növbədənkənar iclası keçirilib. Tezliklə Prezident xalqa müraciət edəcək.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv