İsrail ordusu İranın Təbriz, Şiraz və Burucerd şəhərlərində, o cümlədən hava limanında hava hücumları həyata keçirib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, hücumlar zamanı azı 20 yüksək rütbəli iranlı hərbi komandan həlak olub.
İran hökuməti bu hərbi addımı “müharibə elanına bərabər” sayaraq, sərt cavab veriləcəyini bildirib. İsrailin Baş naziri Benyamin Netanyahu isə hücumların “təhlükə aradan qaldırılana qədər” davam edəcəyini qeyd edib.