İsrailin Baş naziri Bünyamin Netanyahu HƏMAS-ın silahsızlaşdırılması üçün beynəlxalq bir koalisiyaya ehtiyac duyulduğunu bildirib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Netanyahu İsrailin HƏMAS-a qarşı tək başına hərəkət etməli olacağını qeyd edib.
Netanyahu Qəzza zolağında HƏMAS-ın silahsızlaşdırılması üçün beynəlxalq koalisiya qurmağın çətin olduğunu vurğulayaraq, Tel-Əvivin bunu öz başına həyata keçirmək məcburiyyətində qalacağını ifadə edib.
ABŞ Prezidenti Donald Trampın Hörmüz boğazını gəmiçilik üçün açmaq məqsədilə beynəlxalq bir koalisiya qurmaqda uğursuz olduğunu qeyd edən Netanyahu, Trampın HƏMAS-ın silahlarını təhvil verməyəcəyini bildiyini də əlavə edib.