Türkiyənin Xarici işlər naziri Hakan Fidan ABŞ-İran müharibəsi və Hürmüz boğazında baş verən hadisələrlə bağlı açıqlama verib.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, nazir Fidan, "Bütün dünyanın istədiyi, beynəlxalq keçidlərin sərbəst olması və maneə törədilməməsidir", - deyib.
Hakan Fidan müzakirələrin başa çatdıqda Hörmüz boğazı ilə bağlı heç bir problemin qalmayacağını düşündüyünü bildirib. "Yalnız müzakirələr nəticələnməlidir", - deyə əlavə edib.
Nazir, "Bizim mövqeyimiz boğazın sülh yolu ilə açılmasıdır. Beynəlxalq silahlı güc ilə buraya müdaxilə etmək çox böyük çətinliklər yaradır", - deyə qeyd edib.