İran İsraili qoruyacaq ölkəyə hücum edəcək

09:26 - 14 İyun 2025

İran İsraili qoruyacaq ölkəyə hücum edəcək

İran İsrailə qarşı hücumlarını gücləndirəcək və onu qorumağa çalışan hər hansı ölkənin regional bazalarını hədəfə alacaq.


Manset.az Report-a istinadən xəbər verir ki, bu barədə CNN telekanalına yüksəkrütbəli İran rəsmisi bildirib.

“İran beynəlxalq hüquqa uyğun olaraq bu rejimə (İsrailə – red.) qətiyyətlə cavab vermək hüququnu özündə saxlayır. İranın əməliyyatlarından rejimi qorumağa çalışan hər hansı ölkə öz növbəsində regional bazalarının və mövqelərinin yeni hədəflərə çevrildiyini görəcək”, – o qeyd edib.

Xatırladaq ki, daha əvvəl İranın BMT-dəki daimi nümayəndəsi ABŞ-nin İran ərazisinə İsrail zərbələrində iştirak etdiyini bildirmişdi.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az