İranın daha 2 generalı öldürüldü

12:21 - 14 İyun 2025

İranın daha 2 generalı öldürüldü

İsrailin endirdiyi zərbələr nəticəsində İranın Baş Qərargah rəisinin iki müavini öldürülüb.


Manset.az xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrin Baş Qərargahının Rabitə və İnformasiya Mərkəzi məlumat yayıb.

Qeyd edilib ki, əməliyyatlar üzrə rəis müavini general Mehdi Rəbbani, İran Baş Qərargahının kəşfiyyat rəhbəri General Qulam Rza Mehrabi İsrailin endirdiyi zərbələr nəticəsində öldürülüb.

Xatırladaq ki, iyunun 13-nə keçən gecə İsrail İrana qarşı əməliyyata başlayıb. İsrailin hücumları nəticəsində İranın yüksək vəzifəli hərbi rəsmiləri həlak olub. Onlar aşağıdakılardır:

- SEPAH komandiri general Hüseyn Salami

- Baş Qərargah rəisi general Məhəmməd Baqiri 

- SEPAH-ın Hatəm-əl Ənbiya Mərkəzi Qərargahının rəhbəri general Qulaməli Rəşid

- SEPAH-ın Aerokosmik Qüvvələrinin komandanı Əmir Əli Hacızadə.

Hücum nəticəsində İranın bir neçə mühüm nüvə alimi də ölüb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az