İranın zərbəsindən sonra İsraildə araşdırma mərkəzi yandı

09:19 - 15 İyun 2025

İranın zərbəsindən sonra İsraildə araşdırma mərkəzi yandı

İranın İsraili atəşə tutması nəticəsində Rehovot şəhərində yerləşən Veyzman Elmi İnstitutunun Tədqiqat Mərkəzinə ciddi ziyan dəyib və yanğın olub.


Manset.az Report-a istinadən xəbər verir ki, bu barədə "The New York Times" nəşri daxil olduğu fotolara istinadən yazıb.

İnstitutun yataqxanasında yaşayan tələbə qəzetə bildirib ki, Tədqiqat Mərkəzinin binasındakı divarların çoxu uçub. O, həmçinin əlavə edib ki, partlayış nəticəsində yaranan zərbə dalğası yaxınlıqdakı binaların pəncərələrinin şüşələrini sındırıb.

“The New York Times”ın dərc etdiyi fotoda da araşdırma mərkəzində yanğının baş verdiyi görünür.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az