Rusiya Ukrayna Silahlı Qüvvələrinin 1200 əsgərinin cəsədini Ukraynaya təhvil verib.
Manset.az xəbər verir ki, cəsəd mübadiləsi İstanbulda bağlanan müqavilələr çərçivəsində baş tutub.
Ümumilikdə Rusiya tərəfi 4812, Ukrayna tərəfi 27 cəsədi təhvil verib.
Ukrayna ordusunun əsgərlərinin cəsədlərinin əvvəlki partiyası iyunun 11-də təhvil verilib. Ölən əsgərlərin əksəriyyəti Kursk, eləcə də Donetsk, Xarkov və Zaporojya vilayətlərindəndir.