İsrail İranın daha 2 generalını öldürüb - Netanyahu TƏSDİQLƏDİ

20:55 - 15 İyun 2025

İsrail İranın daha 2 generalını öldürüb - Netanyahu TƏSDİQLƏDİ

İsrail İran İnqilab Keşikçiləri Korpusuna (SEPAH) məxsus binaya aviazərbələr endirib.


Manset.az Modern-az-a istinadən xəbər ki, SEPAH-ın kəşfiyyat rəisi general Məhəmməd Kazımi və müavini general Həsən Mühəqqəq dağıntılar altında qalıb.

Onların sağ olub-olmadığı bəlli deyil.

İsrailin Baş naziri Benyamin Netanyahu FOX kanalına müsahibəsində onların hər ikisinin öldürüldüyünü bildirib.

Xatırladaq ki, iyunun 13-nə keçən gecə İsrail İrana qarşı əməliyyata başlayıb. İsrailin hücumları nəticəsində İranın yüksək vəzifəli hərbi rəsmiləri həlak olub. Onlar aşağıdakılardır:

- SEPAH komandiri general Hüseyn Salami

- Baş Qərargah rəisi general Məhəmməd Baqiri 

- SEPAH-ın Hatəm-əl Ənbiya Mərkəzi Qərargahının rəhbəri general Qulaməli Rəşid

- SEPAH-ın Aerokosmik Qüvvələrinin komandanı Əmir Əli Hacızadə.

- İran Baş qərargah rəisinin əməliyyatlar üzrə rəis müavini general Mehdi Rəbbani

- İran Baş Qərargahının kəşfiyyat rəhbəri General Qulam Rza Mehrabi

Hücum nəticəsində İranın bir neçə mühüm nüvə alimi də ölüb


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az