İsrail İran İnqilab Keşikçiləri Korpusuna (SEPAH) məxsus binaya aviazərbələr endirib.
Manset.az Modern-az-a istinadən xəbər ki, SEPAH-ın kəşfiyyat rəisi general Məhəmməd Kazımi və müavini general Həsən Mühəqqəq dağıntılar altında qalıb.
Onların sağ olub-olmadığı bəlli deyil.
İsrailin Baş naziri Benyamin Netanyahu FOX kanalına müsahibəsində onların hər ikisinin öldürüldüyünü bildirib.
Xatırladaq ki, iyunun 13-nə keçən gecə İsrail İrana qarşı əməliyyata başlayıb. İsrailin hücumları nəticəsində İranın yüksək vəzifəli hərbi rəsmiləri həlak olub. Onlar aşağıdakılardır:
- SEPAH komandiri general Hüseyn Salami
- Baş Qərargah rəisi general Məhəmməd Baqiri
- SEPAH-ın Hatəm-əl Ənbiya Mərkəzi Qərargahının rəhbəri general Qulaməli Rəşid
- SEPAH-ın Aerokosmik Qüvvələrinin komandanı Əmir Əli Hacızadə.
- İran Baş qərargah rəisinin əməliyyatlar üzrə rəis müavini general Mehdi Rəbbani
- İran Baş Qərargahının kəşfiyyat rəhbəri General Qulam Rza Mehrabi
Hücum nəticəsində İranın bir neçə mühüm nüvə alimi də ölüb