Trampın immiqrantlar üçün yeni göstərişi

09:17 - 16 İyun 2025

Trampın immiqrantlar üçün yeni göstərişi

ABŞ Prezidenti Donald Tramp ölkədə qeyri-qanuni mühacirlərə qarşı deportasiya və həbs tədbirlərinin gücləndirilməsi barədə göstəriş verib.


Mansetşaz xabər verir ki, o, Los-Anceles, Çikaqo və Nyu-Yorkda keçirilən nümayişlərə baxmayaraq, İmmiqrasiya və Gömrük Mühafizəsinin (ICE) “ən böyük kütləvi deportasiya əməliyyatını” həyata keçirdiyini bildirib.

Tramp Demokrat liderlərini mühacirlərdən seçici bazalarını artırmaq və vətəndaşlardan iş imkanlarını almaqda ittiham edib. O, ICE və digər qurumlara “işi bitirmək” tapşırığını verib.

Los-Ancelesdə ICE-yə dəstək aksiyalarında qarşıdurmalar olub, çoxsaylı etirazçılar saxlanılıb. Təhlükəsizliyin təminatı üçün bölgəyə 4000 Milli Qvardiya və 700 dəniz piyadası göndərilib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az