Amerika təyyarələri kütləvi şəkildə bazalarını tərk edir

14:26 - 16 İyun 2025

Amerika təyyarələri kütləvi şəkildə bazalarını tərk edir

Amerikanın yanacaq dolduran təyyarələri, ehtimal ki, İran və İsrail arasında hərbi əməliyyatlarda iştirak etmək üçün ABŞ-dəkı bazalarını kütləvi şəkildə tərk edir.


Manset.az xəbər verir ki, bu barədə "Military Watch" məlumat yayıb.

Məlumata görə, onların sayı 30-u keçib.

MWM yazır ki, bir neçə Qərb ölkəsindən yanacaq dolduran təyyarələr İsrailə İrana zərbə endirməkdə kömək edir.

ABŞ həmçinin İranın ballistik raketlərini vurmaqda İsrailə kömək etmək üçün THAAD hava hücumundan müdafiə sistemlərini və AEGIS raketdən müdafiə sistemlərini yerləşdirib.


Bundan əvvəl Tramp ABŞ-ın İsrail-İran münaqişəsinə “müdaxilə edə biləcəyini” etiraf edib. Bundan əvvəl o, hazırda tərəflər arasında “sövdələşmə” üzərində iş getdiyini, “tezliklə sülh olacaq” yazıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az