Ukrayna Xarici İşlər Nazirliyi Yaxın Şərqdə təhlükəsizlik vəziyyətinin kəskin şəkildə pisləşməsi fonunda İsrail və İranda yaşayan vətəndaşlarına bu ölkələri təcili tərk etməyi tövsiyə edib.
Manset.az-ın əldə etdiyi məlumata görə, bu barədə nazirliyin yaydığı bəyanatda bildirilib.
"Yaxın Şərqdə təhlükəsizlik vəziyyətinin ciddi şəkildə pisləşməsi ilə əlaqədar olaraq, Xarici İşlər Nazirliyi Ukrayna vətəndaşlarına bölgədə vəziyyət sabitləşənədək İsrail Dövləti və İran İslam Respublikasının ərazisini mümkün qədər tez tərk etməyi şiddətlə tövsiyə edir".
Qeyd edək ki, son günlər Yaxın Şərqdə gərginlik artmaqda davam edir.