Əhmədinejadın öldürülməsi xəbərləri təkzib edildi - YENİLƏNİB

23:07 - 17 İyun 2025

Əhmədinejadın öldürülməsi xəbərləri təkzib edildi - YENİLƏNİB

İranın keçmiş prezidenti Mahmud Əhmədinejadın öldürülməsi ilə bağlı yayılan xəbərlər həqiqətə uyğun deyil.


Manset.az Report-a istinadən xəbər verir ki, bu barədə IRNA agentliyi keçmiş prezidentin ofisinin bəyanatına istinadən məlumat yayıb.

Agentliyin məlumatına görə, Əhmədinejadın ofisi bu məlumatı yalan adlandırıb.

Bundan əvvəl bir sıra KİV-lər İslam Respublikasının keçmiş prezidentinin Tehranda öldürüldüyü barədə məlumat yayıb.


***

21:07

İranın keçmiş prezidenti Mahmud Əhmədinejad Tehranda sui-qəsd nəticəsində öldürülüb.


Manset.az xəbər verir ki, bu barədə AzTV məlumat yayıb.

Məlumata görə, o, küçədə açılan atəşlə qətlə yetirilib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az