İsrail Hərbi Hava Qüvvələri İranda 12 raket buraxılış qurğusuna və raket anbarına zərbələr endirib.
Manset.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (SAXAL) Mətbuat Xidməti məlumat yayıb.
"İsrail Müdafiə Qüvvələri İranın mərkəzindəki raket buraxılış sistemləri və "yer-yer" tipli raketləri anbarlarına bir sıra zərbələr endirib. İsrail Hərbi Hava Qüvvələri alınan kəşfiyyat məlumatlarına əsasən, 12 reaktiv yaylım atəşi qurğusuna hücum edib. Raketlər mülki İsrail sakinlərinə tuşlanmışdı", - Mətbuat Xidməti bildirib.