Qəzaya uğrayan təyyarənin pilotunun ürəkdağlayan SƏS YAZISI yayıldı

12:31 - 18 İyun 2025

Qəzaya uğrayan təyyarənin pilotunun ürəkdağlayan SƏS YAZISI yayıldı

Xəbər verdiyimiz kimi, Hindistanın Əhmədabad şəhərindən Londona uçmaq üçün havaya qalxan Air India-ya məxsus Boeing 787-8 Dreamliner, qalxışdan yalnız bir neçə dəqiqə sonra faciəli qəzaya uğradı. Təyyarədə olan 242 nəfərdən yalnız bir sərnişin sağ qaldı. Hadisə Air India və Boeing tarixində ən böyük fəlakətlərdən biri kimi qeydə alındı.


Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, qəzadan sonra əldə edilən səs yazıları, pilot və köməkçi pilotun ümidsiz səylərini ortaya qoydu. Təcrübəli kapitan pilot Sumeet Sabharwal qalxışdan qısa müddət sonra qülləyə belə təcili mesaj göndərdi:

“Mayday, mayday, mayday. Güc itkisi yaşayırıq. Yüksələ bilmirik.”

Köməkçi pilot Clive Kunder isə sistemləri yenidən işə salmaq üçün dəfələrlə cəhd etdi, lakin uğur əldə edə bilmədi. Səs yazısında uçuş idarəetmə sisteminin cavab vermədiyi və təyyarənin sürətlə düşdüyü aydın şəkildə eşidilir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az