İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Əbdürrəhim Musəvi İsrailə qarşı sərt açıqlama ilə çıxış edib
Manset.az xəbər verir ki, İran dövlət televiziyasının verdiyi məlumata görə, Mir Hüseyn Musəvi İran İnqilab Keşikçiləri Korpusunun Hava-Kosmik Qüvvələrinə məxsus raket bazasına səfər edib. Səfər zamanı o, bölgədəki hərbi hazırlıq və silah arsenalı ilə tanış olub.
Musəvi açıqlamasında bildirib: “Sionist işğalçı rejimə məxsus bütün hədəflərə fasiləsiz və davamlı hücumlarımızı davam etdirəcəyik. Qarşımızda heç bir məhdudiyyət görmürük.”