Rusiya İranda cəmiyyətin ölkənin siyasi rəhbərliyi ətrafında birləşdiyini müşahidə edir.
Manset.az xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin İsrail-İran müharibəsindən danışarkən belə deyib. Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda beynəlxalq xəbər agentliklərinin suallarını cavablandıran Putin bildirib ki, gərginliyi aradan qaldırmaq üçün İsrail və İranın maraqlarını təmin edən həll yolu tapıla bilər. Onun sözlərinə görə, münaqişəni dayandırmaq üçün yollar tapmaq və həm İranın, həm də İsrailin maraqlarını qoruyacaq razılığa gəlmək lazımdır.
Putin, “İranın dinc nüvə enerjisində maraqlarını təmin edəcək və İsrailin narahatlığını azaldacaq variantlar var, biz müttəfiqlərimizə bunları təqdim etmişik. İranın yeraltı zavodları var, onlara heç nə olmayıb” - deyə bildirib.