2025-ci ilin ilk 5 ayında ilk dəfə olaraq, türk vətəndaşlarının xaricdən aldığı daşınmaz əmlakların sayı, əcnəbilərin Türkiyədə aldığı mənzillərin sayını geridə qoydu.
Manset.az-ın türk mətbuatına istinadən məlumatına görə, 2025-ci ilin ilk 5 ayında xaricdən mənzil və malikanə alan türklərin sayı 793-ə yüksəlib.
Keçən ilə aid mənzil satışları ilə bağlı hesabatlarda, dünyanın ən bahalı mənzilinin 130 milyon dollara satıldığı qeyd edilib. Mətbuatda yer alan xəbərlərə görə, həmin mənzili bir türk milyarder satın alıb, lakin alıcının kimliyi açıqlanmayıb.
130 milyon dollara satılan bu super lüks mənzilin inşaatının 2027-ci ildə tamamlanacağı gözlənilir.