İranda yaralananların sayı açıqlandı

18:46 - 20 İyun 2025

İranda yaralananların sayı açıqlandı

İyunun 13-dən bu günə qədər İsrailin İrana endirdiyi zərbələr nəticəsində 2800 nəfər yaralanıb. 


Manset.az Milli.az-a istinadən xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyinin bəyanatında bildirilir.

"Ölkəmizdə səhiyyə sektorunda heç bir problemimiz yoxdur. Bu günə kimi 2800 yaralı xəstəxanaya yerləşdirilib, onlardan 2000 nəfəri müalicə olunaraq evə buraxılıb", - məlumatda qeyd olunub.

Nazirlikdən bildirilib ki, İsrailin iyunun 20-də İrana endirdiyi zərbələr nəticəsində 14 tibb işçisi yaralanıb, iki nəfər həlak olub.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az