Tramp öz dediyini inkar etdi - İranla bağlı mövqeyi dəyişdi

11:10 - 21 İyun 2025

Tramp öz dediyini inkar etdi - İranla bağlı mövqeyi dəyişdi

ABŞ-ın sabiq prezidenti Donald Trump, Ağ Evdə iclasdan sonra New Jerseyə yola düşüb. İş adamları ilə görüşmək üçün səfərə çıxan Trump, hava limanında jurnalistlərin suallarını cavablandırıb.


Manset.az xarici mediaya istinadla xəbər verir ki, jurnalistlərdən biri, ABŞ Milli Kəşfiyyat direktoru Tulsi Gabbardın “İranın nüvə silahı hazırladığına dair əlimizdə sübut yoxdur” sözlərini xatırladıb. Trump isə özünün təyin etdiyi Gabbardın yanıldığını, əksinə, İranın nüvə silahı istehsalına yaxın olduğunu bildirib.

Trump, İrana qarşı quru hərbi əməliyyatın mümkün olub-olmadığı sualına isə “Xeyr, bu mümkün deyil” cavabını verib. Qeyd edək ki, Trump daha öncə İrana qarşı hərbi müdaxilədən əvvəl iki həftəlik möhlət verdiyini də açıqlamışdı.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az